17 Mart 2019 15:15
558
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünyada ən böyük aviaşirkət olan “American Airlines” Venesuelaya uçuşları dayandırıb.

Teleqraf.com xəbər verir ki, ABŞ Dövlət Departamenti öz vətəndaşlarına bu ölkəyə səfərlərin təhlükəli olması barədə xəbərdarlıq edəndən və Amerika səfirliyinin bütün heyəti Karakasdan çıxarılandan sonra aviaşirkətin rəhbərliyi Venesuelaya aviareyslərin dayandırıldığını rəsmən elan edib.

“American Airlines” administrasiyası iddia edir ki, bu haqda qərar qəbul edilərkən pilotların həmkarlar ittifaqının fikri nəzərə alınıb. Həmkarlar ittifaqı təyyarəçilərin və digər heyət üzvlərinin həyatını təhlükəyə məruz qoymamağı tövsiyə edib. Aviaşirkətin bəyanatında qeyd edilir ki, uçuşların dayandırılması müvəqqəti tədbirdir və ölkədə vəziyyət normallaşandan sonra uçuşlar bərpa olunacaq.

2013-cü ildə Venesuelada sosial böhran başlanandan bəri Amerikanın onlarca aviaşirkəti iqtisadi səbəblərə görə bu ölkəni tərk edib. “American Airlines” gündə iki dəfə Karakas ilə Mayami arasında və gündə bir dəfə Marakaybo ilə Mayami arasında aviareyslər yerinə yetirən sonuncu daşıyıcı idi.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər