18 Mart 2019 13:00
699
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gürcüstan parlamentinin Hüquqi məsələlər üzrə komitəsinin iclasında fiziki qarşıdurma baş verib.

İclas zamanı Avropalı Gürcüstan Partiyasından olan deputat Otar Kaxidze və çoxluq üzvü İrakli Beraya arasında mübahisə yaranıb.

O.Kaxidze İ.Berayaya vərəqələr atıb. Yaranmış vəziyyətə nəzarətçilər müdaxilə edib.

Hüquqi məsələlər üzrə komitənin iclasında çoxluğun hakimlərin seçilməsi qaydalarına dair qanun layihəsi müzakirə olunur.

Deputatlar arasında mübahiaəyə məsələyə baxılma proseduru səbəb olub. /Report/


Müəllif: Teleqraf.com