Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin istefa verməsi və onun səlahiyyətlərinin parlamentin sədri Qasım-Jomart Tokayevə həvalə edilməsi Belarusda ajoitaj doğurub.
Teleqraf.com xəbər verir ki, Belarusdakı vəziyyəti anlamayan Rusiya yönümlü tele-kanallar diqqəti Mixail Myasnikoviçin üzərinə yönəldiblər.
Qeyd edək ki, M.Myasnikoviç Belarus parlamentinin yuxarı palatası – Respublika Şurasının spikeridir.
Ancaq Belarus mətbuatı yazır ki, bu tele-kanallar Minskdən idarə olunsaydı, onlar ölkə Konstitusiyasından da xəbərdar olardılar.
Belə ki, Belarus Konstitusiyasının 89-cu maddəsinə görə, prezidentin vəzifə səlahiyyətlərini yerinə yetirə bilməməsi halında yeni seçilmiş prezidentin inauqurasiyasınadək onun səlahiyyətlərini baş nazir yerinə yetirir. “Belarusun baş naziri isə Sergey Rumasdır. Əgər Qazaxıstan ssenarisi olsa ölkə prezidentinin səlahiyyətləri ona keçəcək.”, – deyə məqalədə bildirilib.