Rusiyanın Sibir bölgəsində yerləşən İrkutsk şəhərinin hava limanına şort və qısaqol köynəkdə gələn kişi hər kəsi təəccübləndirib.
Teleqraf.com xəbər verir ki, o, təyyarə havaya qalxmamış əynini dəyişməyə qərar verib.
“Pikabu” sosial şəbəkəsində paylaşılan foto böyük marağa səbəb olub.
Qarlı ərazi fonunda, qalın geyinmiş insanlar arasında əynində şort, açıq ayaqqabı və qısaqol köynəkdə əlində çamadan dayanmış şəxs izləyiclərin diqqətini öz üzərinə çəkib.
Fotonu təqdim edirik: