Ukrayna prezidentliyi uğrunda mübarizəyə qoşulan hazırki dövlət başçısı Pyotr Poroşenko seçkilərdə qələbə çalacağına əmin olduğunu açıqlayıb.
Teleqraf.com xəbər verir ki, Poroşenko insanlar tərəfindən ona etimad göstərildiyini vurğulayıb.
"Seçkilərdə başqa namizədin qələbəsini tanımağa hazırdırmı" sualını Pyotr Poroşenko belə cavablandırıb: "Ukrayna xalqının qələbəsini tanımağa hazıram, çünki şəffaf seçkilər - Ukrayna xalqının qələbəsidir".
Qeyd edək ki, Ukraynada prezident seçkiləri martın 31-də keçiriləcək. Dövlət başçısı postuna 39 namizəd iddialıdır.