25 Mart 2019 22:11
709
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ prezidenti Donald Tramp İsrailin Qolan yüksəklikləri üzərində suverenliyinin tanınması barədə sənəd imzalayıb.

Teleqraf.com xəbər verir ki, sənədin imzalanma mərasimi Ağ Evdə D.Trampın İsrailin baş naziri Binyamin Netanyahu ilə danışıqları çərçivəsində baş tutub.

Sənədin imzalanması və D.Trampla B.Netanyahunun jurnalistlər qarşısında çıxışını ABŞ telekanalları canlı yayımlayıblar.


Müəllif: Teleqraf.com