26 Mart 2019 11:55
604
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yəməndə hökumət qüvvələri ilə husilər arasında yenidən silahlı qarşıdurma başlayıb.

Teleqraf.com xəbər verir ki, qarşıdurma əsasən, Yəmənin qərbindəki Hudey şəhərində qeydə alınıb.

Hökumətin nəzarətində olan hərbiçilər qeyd edib ki, əldə olunan sülh cəmi 3 həftə çəkib.

Husilərlə hökumət qüvvələri arasında əsas savaş Hudey beynəlxalq hava limanı ilə şəhərin giriş qapısına yaxın bölgələrdə müşahidə edilir.

Hərbi qaynaqlar qeyd edirlər ki, husilərin Hays qəsəbəsinə endirdiyi artilleriya zərbələri nəticəsində 1 uşaq və iki yaşlısakin öldürülüb, bəzi şəxslər isə yaralanıb.

Yenidən başlanan qanlı savaşlarla bağlı nə hökumət, nə də husilərdən açıqlama verilib.

Qeyd edək ki, Hudeydə son dəfə tərəflər martın 3-də bir-birinə qarşı silah işlətmişdilər.


Müəllif: Cavad