Amerikalı jurnalistlər iki ildən çox davam edən axmaq təbliğatlarından dolayı Moskvadan üzr istəməlidir.
Bu sözləri Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova ABŞ Prezidenti Donald Trampın seçki kampaniyası ilə bağlı araşdırmaya münasibət bildirərkən qeyd edib
O, Feysbuk hesabında "CNN İnternəşnl"ın müxbiri Fərid Zakariyunun müəllifi olduğu videonu paylaşaraq onları sərt tənqid edib:
“Bunu necə etdikərini bilmək istəyirsiniz? Amerika təxribatı necə çalışır və bu qədər yalan məlumatı necə istehsal edir?"
XİN rəsmisi deyib ki, jurnalistlər hər iki ölkənin vətəndaşından üzr istəməlidir:
“Ən azı Trampdan olduğu qədər iki ölkə xalqından üzr istəməlidirlər".
Qeyd edək ki, xüsusi prokuror Müller Trampın seçki zamanı Rusiya xüsusi xidmət orqanları ilə gizli əlaqəsi barədə hər hansı dəlil tapılmadığını bildirib.