Novruz bayramı günlərində Güney Azərbaycanın Ərdəbil şəhərinə səfər edən Azərbaycan Respublikası vətəndaşlarının sayı artıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Ərdəbilin Yol və Nəqliyyat İdarəsinin rəisi Əli Rəhməti məlumat verib.
O, jurnalistlərə açıqlamasında qeyd edib ki, martın 16-dan 25-dək Ərdəbil şəhərinə 17 min 275 nəfər Azərbaycan vətəndaşı səfər edib: “Bu rəqəm ötən ilin müvafiq dövrü ilə müqayisədə 37 faiz artım deməkdir”.
Əli Rəhmətinin sözlərinə görə, qeyd olunan müddətdə Biləsuvar sərhəd-keçid məntəqəsində gediş-gəliş ötən ilin müvafiq dövrü ilə müqayisədə 18 faiz azalıb.