27 Mart 2019 17:45
716
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şri-Lanka Dəniz Qüvvələri 1 ton heroin daşıyan İran gəmisini saxlayıb.

Teleqraf.com xarici KİV-ə istinadən xəbər verir ki, gəmi ölkə polisi və Dəniz Qüvvələrinin Şri-Lankanın cənub sahillərində keçirdiyi xüsusi əməliyyat nəticəsində saxlanılıb.

Əməliyyatdan sonra gəmi Kolombo sahilinə gətirilib və gəminin ekipaj üzvləri həbs edilib.

Məlumata görə, gəmi heyəti polisi gördükdən sonra heroinin bir hissəsini dənizə töküblər.

Narkotik malların bir müddət əvvəl BƏƏ-də (Dubay) həbs edilmiş şri-lankalı narko ticarətçi və mafiya başçısı Makandur Maduşun dəstəsinə məxsus olduğu ehtimal edilir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər