2 Sentyabr 2014 18:25
1 034
12 Punto 14 Punto 16 Punto 18 Punto

37 yaşlı Claduio Vieira de Oliviera artroqripoz xəstəliyindən əziyyət çəkir.

Artroqripoz xəstəliyi oynaqların bitişdiyi bölgəni əridən və ətrafları istifadə etməyə imkan verməyən bir xəstəlikdir.

Teleqraf.com ailem.az-a istinadən xəbərinə görə, Braziliya sakini olan bu adam ağzı ilə yazı yazır, dili ilə telefon və kompüter siçanından istifadə edir.

Deyilənə görə, 37 yaşlı bu adamın anası Claduio təzə doğulduğunda problemli olduğu üçün onun acından ölməsini istəyirmiş.

Claduionun anası Maria Jose “Oğlum təzə doğulanda həkimlər dedi ki, sağ qalmaq şansı yoxdu. Qonşular da deyirdi ki, bu , onsuz da öləcək, yemək vermə, ac qalıb tez ölsün. İndi sevinirəm ki, oğlum özünü sərbəst idarə edə bilir. Biz nə edirik, o da eyni şeyləri edə bilir”, - deyib.

Claduio özünü normal insan kimi hesab edir: “Fərqli biri deyiləm, mən də hamı kimi normal bir insanam. Heç kimdən də utanmıram. Bütün işlərimi özüm görə bilirəm. Müsahibələr verməyə də çəkinmirəm”.


Müəllif:

Oxşar xəbərlər