Venesuelada yenidən elektrik enerjisi kəsilib.
Teleqraf.com xəbər verir ki, paytaxt Karakas da daxil olmaqla ölkənin böyük hissəsi qaranlığa qərq olub.
Ölkənin informasiya naziri Xorxe Rodriqes bu hadisənin təxribat olduğunu və problemin tezliklə aradan qaldırılacağını bildirib.
Qeyd edək ki, mart ayı ərzində Venesuelada 4 dəfə elektrik enerjisinin verilməsində problem yaranıb. Hökumət bu hadisələrdə ABŞ-ı ittiham edib.