Ukraynada prezident seçkilərində səsvermə başa çatıb, səslərin sayılmasına başlanılıb.
Teleqraf.com-un UNİAN-a istinadən yaydığı xəbərinə görə, rəsmi nəticələr hələlik məlum olmasa da, "exit-poll"un nəticələrinə əsasən, komediya ustası Vladimir Zelenski 30,1% səslə irəlidədir.
İkinci yerdə 18,5% səslə hazırki prezident Petro Poroşenko, üçüncü yerdə isə 14% səslə sabiq baş nazir Yuliya Timoşenko gəlir.
Beləliklə, "exit-poll"un nəticələrinə əsasən, Vladimir Zelenski və Petro Poroşenko ikinci tura keçir.
Lakin Y. Timoşenko "exit-poll"un rəyi ilə razılaşmayıb, nəticəslərin saxtalaşdırıldığını iddia edir. O, ikinci tura V. Zelenski ilə özünün keçdiyini bildirib.
***
Ukraynanın 3 yerli təşkilatının apardığı “exit-poll”un nəticələrinə görə, 30,4 faiz Vladimir Zelenski, 17,8 faiz Petro Poroşenko, 14,2 faiz Yuliya Timoşenko, 9,8 faiz Yuri Boyko, 7,1 faiz isə Anatoli Qriçenko seçicilərin səsini toplayıb.
Teleqraf.com xəbər verir ki, bu haqda UNİAN agentliyi bildirib.
Ukrayna MSK-sı 44 nəfərin prezidentliyə namizədliyini qeydə alsa da, sonradan 5 nəfər namizədliyini geri götürüb. Seçki bülletenində 39 namizədin adı qeyd olunub. Ukraynanın seçki tarixində bu, rekord göstəricidir. Ona görə də seçki bülleteni rekord uzunluqda 80 sm-dir.
***
Ukraynada bu gün keçirilən prezident seçkilərinin “eksit-poll” nəticələri açıqlanıb.
Teleqraf.com xəbər verir ki, şoumen Vladimir Zelenskiy 26-27 faizlə liderlik edir.
Hazırkı prezidenti Pyotr Poroşenkonun təxminən 16-17 faiz səs aldığı bildirilir. Keçmiş baş nazir, “Batkivşina” Partiyasının lideri Yuliya Timoşenkonun 14-15 faiz səslə üçüncü yerdə olduğu bildirilir.
Timoşenkoa üçüncü yer uğrunda Yuri Boyko ilə mübarizə apardığı deyilir.
Müxtəlif məlumatlara görə, Timoşenko Boyko və Poroşenko daha az səs toplayaraq yalnız 4-cü yeri tutur.
Qeyd edək ki, namizədlərdən hər hansı 50 faizdən çox səs toplaya bilməyəcəyi halda, ən çox səs toplayan iki namizəd ikinci turda mübarizə aparacaq.