Bəşər Əsədin qüvvələri və İrana yaxın güclər gərginliyin azaldılması regionu kimi razılaşdırılan “İdlib gərginliyin azaldılması bölgəsinə” hücum təşkil edib.
Teleqraf.com xəbər verir ki, hücum nəticəsində 10 mülki insan həlak olub, 25 nəfər yaralanıb.
Mart ayından bu yana Əsəd qüvvələri, İrana bağlı silahlı qruplar və Rusiyanın hücumları nəticəsində İdlibdə 135 mülki insan ölüb.