ABŞ İraqın Ambar vilayətində başına 25 milyon dollar qoyduğu İŞİD lideri Əbubəkir Bağdadi haqqında fotoları və informasiya yayıb.
Teleqraf.com xəbər verir ki, anti-İŞİD koalisiyasına aid təyyarələr Bağdadi barədə vərəqləri hər yerə yayıb.
İŞİD liderinin gizləndiyi yer haqqında məlumat verənlərə 25 milyon dollar mükafat veriləcəyi yazılan broşürlarda “Ailənizi öldürən və mallarını qaçıran İŞİD lideri təhlükəsiz bir bölgədə gizlənir. Verdiyiniz informasiya əsasında ondan intiqam ala bilərik” ifadələrinə yer verilib.
Qəribəsi odur ki, elanlarda Bağdadi haqqında məlumatın veriləcəyi telefon nömrələri Malayziya və digər dövlətlərin kod nömrəsi olub.