ABŞ prezidentinin köməkçisi Mayk Pens Türkiyənin Rusiyadan “S-400” hava hücumundan müdafiə sistemləri almaq və NATO ilə müttəfiqliyi davam etdirmək arasında seçim etməli olduğunu demişdi. Türkiyə prezidentinin köməkçisi Fuat Oktay isə ABŞ-ın Türkiyənin müttəfiqi olub-olmayacağına qərar verməli olduğunu bildirmişdi.
Teleqraf.com xəbər verir ki, Moskvada “Valday” Müzakirə Klubuna qatılan türk ekspertlər “Türkiyə NATO-dan çıxarıla bilər?” mövzusu ətrafında müzakirə aparıblar.
Politoloq Hasan Basri Yalçın Türkiyənin NATO-da veto hüququna malik olduğunu xatırladıb. O, eyni zamanda, Türkiyənin bu ittifaqda qalıb-qalmayacağına ABŞ-ın qərar vermək hüququnun olmadığında da diqqət çəkib.
Politoloq Enes Bayraklı da Türkiyəni NATO-dan çıxarmağın nəticəsi ağır ola bilər: “Heç bir ölkə Türkiyənin yerini tuta bilməyəcək. Bu, geosiyasi zəlzələ demək olardı. Hesab edirəm ki, Türkiyə NATO-dan çıxsa, bu, tamamilə fərqli bir NATO-ya çevriləcək”.