6 Aprel 2019 14:42
1 060
12 Punto 14 Punto 16 Punto 18 Punto

NATO-nun yaranmasının 70-ci ildönümü ilə əlaqədar Nyu-Yorkda keçirilmiş tədbirə Almaniyadan ilginc şərhlər verilir.

Teleqraf.com xəbər verir ki, alman mediası NATO və ABŞ-ın Almaniya ilə münasibətləri haqda silsilə məqalələr dərc etməyə başlayıb.

“Spiegel Online”-nin bu haqda yayımladığı məqalənin başlığı “Alman qorxusu” adlanır:

“NATO “soyuq müharibə” dönəmində SSRİ-ni hücum etməklə qorxutması ilə öyünürdü. İndi ABŞ-ın sənədlərindən görürük ki, bu ittifaqın daha bir ev tapşırığı var: Almanları da ruslar kimi qorxu altında saxlamaq…”

Liberal “Süddeutsche Zeitung” qəzetinin yazarı Ştefan Kornelius isə öz məqaləsində NATO üçün sonun başladığını iddia edir və ittifaqın dərin böhran içində olduğunu Nyu-Yorkdakı tədbirdə üzə çıxdığını yazır.

NATO-nun sükanının ABŞ-ın əlində olduğunu qeyd edən Kornelius ”Heç bir ittifaq üzvü ölkəsi “soyuq müharibə”dən Almaniya qədər qazanclı çıxmadı” iddiasına da yer verir.

“Die Welt” qəzeti isə yazır ki, Prezident Donald Tramp tərəfdarlarının 90 faizi ABŞ-dan NATO-ya üzv dövlətlərin istifadə etdiyi fikrindədir.

Almaniya Silahlı Qüvvələrinin keçmiş qərargah rəisi, general Harold Kujad da NATO-nun dərin böhran içində olduğunu iddia edib. O, 1997-ci ildə Rusiya və Almaniya arasında imzalanmış anlaşmanın ABŞ tərəfindən pozulması səylərinə qarşı olduğunu, ölkəsinin təhlükəsizliyi üçün Rusiya ilə anlaşmanın əhəmiyyətli olduğunu deyib.

Xarici işlər naziri Heyko Mass isə ABŞ vitse-prezidenti Mayk Pensin “Almaniya ev tapşırığını yerinə yetirmədi” açıqlamasına etiraz edib: “Pens heç nə bilmir. Almaniya verdiyi vədi yerinə yetirir”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər