Belarus Prezidenti Aleksandr Lukaşenkonun aprelin 3-də Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenkonu “Fransisk Skorinı” ordeni ilə təltif etməsi etiraza səbəb olub.
Teleqraf.com xəbər verir ki, V.Matvienko Belarus və Rusiya arasında dostluq əlaqələrinin gücləndirilməsinə şəxsən verdiyi əhəmiyyətli töhfəyə görə təlfif edilib.
Belarus mediasında gedən bir yazıda isə bildirilir ki, V.Matviyenko Ukrayna əsillidir. “Ancaq bu ona öz vətəninə xəyanət etməsinə və Krımın ilhaqının dəstəklənməsinə mane olmadı. Ümumiyyətlə, xainlərin mükafatlandırılmaması yaxşıdır, onlardan uzaq durmaq lazımdır”, – deyə yazıda bildirilir.
Bundan başqa, yazıda qeyd olunur ki, A.Lukaşenko V.Matviyenkonu bu ordenlə təltif etməklə qanunu pozub. Bu orden dostluğa və əməkdaşlığın gücləndirilməsinə görə verilmir.
“Dövlət mükafatları haqqında qanuna əsasən “Fransisk Skorinı” ordeni Belarus vətəndaşlarının hüquqlarının qorunmasına, onlar qarşısında humanitar, xeyriyyəçilik fəaliyyətlərinə, milli dövlətçiliyin inkişafındakı xidmətlərə görə verilir. Matviyenkonun bu bəndlərin hansı ilə əlaqəsi var?”, – deyə Belarus mediası sual edib.