Avropa Kommunistləri Şurası NATO-nun yaranmasının 70-ci ildönümü münasibəti ilə Nyu-Yorkda keçirilmmiş toplantı haqda bəyanat yayıb.
Teleqraf.com xəbər verir ki, bəyanatda NATO “imperialist ittifaq” adlandırılıb.
Qeyd edilib ki, bəşəriyyət tezliklə bu dağıdıcı ittifaqdan xilas olmalıdır.
Bəyanatda müttəfiqlər arasında silahlanma yarışı pislənilib və alyans “kommunizmə qarşı inqilab təşkilatı” adlandırılıb:
“NATO 70 ildir fəaliyyət göstərən müharibə təşkilatıdır. Yalanlarla, zorakılıqlarla, cinayət və qətliamlarla dolu 70 illik bir cinayət dosyesi var. 70-ci ilində deyiləcək bir söz var: NATO yox edilməlidir!”