Rusiyada gündəlik tələbat mallarının qiyməti ötən ay 2018-ci ilin martı ilə müqayisədə 5,3 faiz artıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Rusiya Dövlət Statistikası Federal Agentliyindən bildiriblər.
Fevral ayında illik inflyasiya 5,2 faiz təşkil edib.
Mart ayında ərzaq məhsullarının qiyməti 0,5 faiz, qeyri-ərzaq məhsullarının qiyməti isə 0,3 faiz artıb. Xidmət sektorunda isə bu göstərici 0,1 faiz təşkil edib.