9 Aprel 2019 08:05
547
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ 16 Səudiyyə Ərəbistanı vətəndaşına ölkəyə girişi qadağan edib.

Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin bəyanatında deyilir.

Bəyanatda bildirilir: "7031-ci hissə nəzərdə tutur ki, əgər dövlət katibinin xarici hökumətlərin məmurlarının əhəmiyyətli dərəcədə korrupsiyada və ya ciddi insan hüquqlarının pozulmasında iştirak etmələrinə dair dəqiq məlumatlar varsa, o zaman bu insanlar və onların ailə üzvləri Birləşmiş Ştatların ərazisinə girə bilməzlər".

Səbəb qismində sözügedən 16 şəxsin jurnalist Camal Qaşıqçının qətlində iştirakı göstərilib.

Qeyd edək ki, C.Qaşıqla sənədlərinin rəsmiləşdirilməsi üçün oktyabrın 2-də Səudiyyə Ərəbistanının İstanbuldakı Baş konsulluğuna gəlib. Səudiyyə Ərəbistanı tərəfi C.Qaşıqçının konsulluqdan çıxdığını bildirsə də, bir neçə gün sonra onun İstanbuldakı Baş konsulluqda münaqişə nəticəsində öldüyünü təsdiq edib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər