13 Aprel 2019 11:15
810
12 Punto 14 Punto 16 Punto 18 Punto

Səudiyyə Ərəbistanı Liviyanın şərqinə nəzarət edən general Xəlifə Haftarın paytaxt Tripolini ələ keçirmək üçün başladığı hərbi əməliyyatlara dəstək məqsədilə milyonlarla dollar yardım edəcəyinə söz verib.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, Səudiyyə hökumətinin yüksək çinli rəsmisi general Haftarın Tripoliyə hücumdan bir neçə gün əvvəl Səudiyyə Ərəbistanında səfərdə olduğu və məxfi müzakirələr apardığını iddia edib.

General Haftar martın 27-də Riyada səfəri zamanı Kral Salman və vəliəhd şahzadə Məhəmməd bin Salmanla görüşüb.

Qeyd edək ki, BMT Liviyaya silah satışına embarqo tətbiq edir. Bununla belə, general Haftarın Misir və BƏƏ-dən silah aldığı iddiaları var. ABŞ isə Rusiyanın Haftara silah və hərbi mütəxəssislər verdiyini iddia edir.

Qeyd edək ki, general Haftara bağlı silahlı qüvvələr aprelin 4-dən paytaxt Tripoliyə hücumlara başlayıb.

İlkin məlumatlara görə, son bir həftədə Tripoli uğrunda savaşlarda 75 nəfər ölüb, 323 nəfər yaralanıb.


Müəllif: Cavad

Oxşar xəbərlər