16 Aprel 2019 14:22
707
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanın Fransanın Lion şəhərindəki konsulu, erməni əsilli rusiyalı milyonçu Nikolay Sarkisov işdən çıxarılıb.

Bunu “Past” qəzeti yazıb.

O, Ermənistanın indiki hakimiyyətinin tələblərinə cavab vermədiyi üçün tutduğu vəzifədən azad olunub.

N.Sarkisov bu vəzifəyə 2103-cü ilin iyulunda Ermənistanın keçmiş Prezidenti Serj Sarqsyan tərəfindən təyin edilmişdi.

N.Sarkisov 1968-ci il iyunun 28-də Moskvada anadan olub. Onun valideynləri keçmiş SSRİ Xaric Ticarət Nazirliyində işləyib. O, 1986-1988-ci illərədə SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin Sərhəd Qoşunlarında hərbi xidmətdə olub.

Sergey və Nikolay Sarkisov qardaşları böyük sahibkardır. Onların biznesini rəsmi olaraq böyük qardaş Sergey idarə edir. Sarkisov qardaşları davamlı olaraq Rusiyanın ən varlı ailələrinin siyahısına daxil edilirlər. 2018-ci ilin sentyabrında onlar “Forbes” jurnalının tərtib etdiyi siyahıda Rusiyanın 10 ən varlı ailəsi sırasında olublar. Sarkisovların daşınmaz əmlakının böyük hissəsi xaricdədir./report/


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər