17 Aprel 2019 11:24
766
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Prezidenti Donald Tramp Amerikanın Yəmən müharibəsində Səudiyyə Ərəbistanına verdiyi dəstəyi dayandırmağı nəzərdə tutan qanuna veto qoyub.

Teleqraf.com xəbər verir ki, Donald Tramp qanunu lazımsız adlandırıb və ABŞ-ın xarici siyasəti üçün təhlükəli olduğunu bildirib.

Xatırladaq ki, ABŞ-ın Yəmən müharibəsində Səudiyyə Ərəbistanına verdiyi dəstəyi dayandırmağı nəzərdə tutan qanun aprelin 4-də Konqresin Nümayəndələr Palatasında 247 səslə, martın 13-də isə Senatda 54 səslə qəbul edilib.


Müəllif: Cavad

Oxşar xəbərlər