Ermənistan Prezidenti Armen Sərkisyan müstəqillik günü münasibəti ilə suriyalı həmkarı Bəşər Əsədə təbrik məktubu göndərib.
Teleqraf.com xəbər verir ki, Sərkisyan məktubunda Suriyanı “qardaş” və “dost” dövlət adlandırıb.
Əlavə edək ki, bundan əvvəl Ermənistanın Suriyaya Rusiya ilə birgə hərbi missiya göndərməsi ABŞ tərəfindən etirazla qarşılanıb.
Amerikanın siyasi dairələri rəsmi İrəvanı Bəşər Əsəd rejiminə dəstək verməkdə ittiham edirlər.