Keniya dövlət başçısı Uxuru Kenyattanın maşını oğurlanıb.
Teleqraf.com-un Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, BMW markalı maşın Keniyanın paytaxtı Uqandada çərşənbə günü silah gücünə ələ keçirilib.
Polis Uqandada yerləşən maşının paytaxt Nairobiyə geri gətirildiyini açıqlayıb.
Xatırladaq ki, Keniyada maşın oğurluğu geniş vüsət alıb. Rəsmi rəqəmlərə görə, bu ölkədə gün ərzində orta hesabla 3 maşın oğurlanır.
Samir