Cümhuriyyət Xalq Partiyasının (CHP) lideri Kamal Klıçdaroğlunun Ankaradakı şəhid cənazəsi mərasimində bir qrup tərəfindən döyülməsi və linç edilməsinə dair yeni görüntü ortaya çıxıb.
Teleqraf.com xatırladaq ki, bazar günü CHP lideri Ankarada şəhid cənazəsi mərasimində iştirak edib. Bu zaman ona hücum edilib, döyülüb və linç prosesi başlanıb.
Təhlükəsizlik xidməti tərəfindən yaxınlıqdakı evə aparılan Kamal Klıçdaroğlu bir müddət burada saxlanılıb. Lakin linç prosesi burada da davam edib. Onun olduğu evə daşlar atılıb, bəlli təxribatçı qrup evə daxil olaraq onu döyməyə cəhdlər edib.
Etiraz edənlərdən bir xanım CHP liderinin olduğu evi yandırmağı təklif edib.
Daha sonra CHP liderini oradan təhlükəsiz çıxarmaq üçün təxliyə qrupu göndərilib.
Kamal Klıçdaroğlu ərazidən çıxarılan zaman onun olduğu avtomobil yenidən daşa basılıb. Hakimiyyətin onu çıxarmaq üçün göndərdiyi “zirehli avtomobilin” şüşələri etirazçı kəsim tərəfindən sındırılıb.
Yeni görüntülərdə onun olduğu avtomobilə daşlar atıldığı, bir xanımın isə böyük bir daşla avtomobilin pəncərəsini qırdığı aydın görünüb.