Naməlum şəxslər Türkiyənin İsveçrənin Sürix şəhərindəki Baş Konsuluğuna hücum ediblər.
Bunu Baş konsul Asiye Nurcan İpekçi bildirib.
Onun sözlərinə görə, naməlum şəxslər Baş Konsulluğun binasına “Molotov kokteyli” atıblar.
Baş konsul bildirib ki, polis hücumla əlaqədar 3 gənci saxlayıb: “İndiyədək həmin adamlar haqqında məlumat verilməyib. Qarşıdan gələn günlərdə məsələyə aydınlıq gətiriləcəyini düşünürük”.
Hələlik hadisənin məsuliyyətini heç bir qruplaşma üzərinə götürməyib.
Məlumata görə, son 2,5 ildə Türkiyənin Sürixdəki Baş Konsulluğunun binası 6 dəfə hücum olub./Report/