22 Aprel 2019 20:01
1 727
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu ABŞ-ın İrandan neft idxal edən ölkələrə qarşı sanksiya təhdidinə münasibət bildirib.

Teleqraf.com xəbər verir ki, Çavuşoğlu "Təktərəfli əməkdaşlığı və qonşularımızla necə münasibət quracağımıza dair göstərişləri qəbul edmirik", deyə ABŞ-ın xəbərdarlığını pisləyib.

XİN rəhbəri qeyd edib ki, ABŞ-ın İrandan neft idxal edən ölkələrə güzəştin aradan qaldırılması bölgədə sülh və sabitliyə xidmət etməyəcək.

Qeyd edək ki, Birləşmiş Ştatlar bazar ertəsi Tramp administrasiyasının İran nefti idxal edən ölkələrə sanksiya güzəştlərini ləğv etdiyini elan edib.

Ağ Ev prezident Donald Trampın üç müttəfiqi Yaponiya, Cənubi Koreya və Türkiyə, eləcə də Çin və Hindistana verdiyi güzəştlərə son qoymaq qərarına gəldiyini bildirib. Üç digər ölkə - İtaliya, Yunanıstan və Tayvan sanksiyalar bərpa olunandan bəri İrandan neft idxalını dayandırıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər