24 Aprel 2019 11:45
542
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya dünyanın ilk üzən nüvə enerjisi bloku “Akademik Lomonosov” nüvə stansiyasını uğurla sınaqdan keçirib.

Teleqraf.com xəbər verir ki, bu barədə “Rosenerjiatom” konserninin mətbuat xidməti məlumat yayıb.

Hər iki reaktor qurğusu tam gücü ilə təmin edilib. Testlər əsas və köməkçi avadanlıqların, habelə avtomatik prosesə nəzarət sistemlərinin sabit fəaliyyətini təsdiqləyib.

2019-cu ilin yay mövsümünün naviqasiya dövründə üzən atom enerji blokunun Peveka limanında (Çukot muxtar dairəsi) olması planlaşdırılır, burada o Bilibinsk Atom Elektrik Stansiyasının istifadəyə yararsız güc avadanlığını əvəz edəcək.

Qeyd edək ki, 2018-ci ilin noyabrında “Akademik Lomonosov” üzən atom blokunun reaktorları sınaqdan keçirilmişdi.


Müəllif: Səxavət Həmid

Oxşar xəbərlər