Rusiya prezidenti Vladimir Putin regionda dondurulmuş münaqişələrin həllinin uzanmasında maraqlıdır.
Teleqraf.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, bunu NATO-nun Baş Katibi Anders Foq Rasmussen deyib.
Onun sözlərinə görə, Qərb liderləri NATO-nun bu gün Uelsdə baş tutan sammitində Ukraynadakı böhrana görə Rusiyanı tənqid ediblər.
Rasmussen bildirib ki, NATO və Böyük Britaniyaya Rusiyaya Ukrayna ilə bağlı kursunu dəyişməyə çağırıb: “Əks halda Rusiyada təzyiq artırılacaq”.
Bu arada Birləşmiş Millətlər Təşkilatının hesablamalarına görə, Ukrayna böhranı başladığı müddətdən bir milyondan çox ukraynalı öz doğma torpaqlarından məcburi köçürülüb.
Samir