25 Aprel 14:14
282

“Burada dəyərləndiriləsi nə var? Bu, Poroşenko siyasətinin mütləq uğursuzluğudur”.

Bunu Rusiya Prezidenti Vladimir Putin Ukraynada keçirilən prezident seçkisinə dair suala cavab olaraq deyib.

Aprelin 25-də Vladivostokda Şimali Koreya (Koreya Xalq Demokratik Respublikasının) lideri Kim Çen Inla görüşdən sonra keçirilən mətbuat konfransında danışan V.Putin bildirib ki, Rusiya ilə Ukrayna arasında münasibətlərin gələcəyi rəsmi Kiyevdən asılıdır: “Bu, Ukraynanın yeni siyasi rəhbərliyinin yürüdəcəyi siyasətdən asılı olacaq. Biz bu münasibətləri bütün istiqamətlərdə bərpa etməyə hazırıq. Ancaq bunu birtərəfli qaydada edə bilmərik”.

Qeyd edək ki, aprelin 21-də Ukraynada prezident seçkisinin ikinci turu keçirilib və Vladimir Zelenski 73,22 faiz, fəaliyyətdə olan Prezident Petro Poroşenko isə 24,45 faiz səs toplayıb.


Müəllif: Teleqraf.com