Beynəlxalq Əfv Təşkilatı (BƏT) və “Airwars” müşahidə missiyası 2017-ci ildə ABŞ liderliyindəki anti-İŞİD koalisiyasının hava hücumları vaxtı Suriyanın Raqqa şəhərində 1600 mülki insanı öldürdüyünü açıqlayıb.
Teleqraf.com xəbər verir ki, BƏT və müşahidə missiyasının 200 ayrı bölgədə apardığı araşdırmada ölənlərdən 1000 nəfərin kimliyinin təsbit edildiyi bildirilib.
BƏT-in böhranlar üzrə mütəxəssisi Donatella Rovera koalisiyanın hava hücumları vaxtı ciddi xətalara yol verdiyini bildirib:
“Hava hücumlarının çoxu xətalı idi və on minlərlə gözlənilməz bombardman hadisəsi baş verib. Buna görə də, yüzlərlə insanın ölməsi və yaralanması sürpriz deyil.
Koalisiya qüvvələri Raqqanı ələ keçirdi, amma həqiqətləri silə bilmədilər”.