5 Sentyabr 2014 09:40
1 137
12 Punto 14 Punto 16 Punto 18 Punto

Lavrov Qırğızıstanın lazımlı hazırlıq prosesini başa çatdırdığını bildirib

Qırğızıstan Avrasiya Gömrük İttifaqına qoşulur.

ANS PRESS-in məlumatına görə, RF Xarici İşlər Nazirinin bildiridiyinə görə, bunun üçün hökümət tələb olunan sənədləri hazırlayıb. Lavrov Qırğızıstan xarici işlər naziri Erlan Abdıldayev ilə görüşündən sonra Qırğızıstanın Gömrük İttifaqına daxil olması üçün lazımlı hazırlıq prosesinin tamamladığını bildirib.

Lavrov zəruri sənədlərin tamamlandığını və qəbul edildiyini bildirib:

"Artıq bir neçə əməliyyat qalıb. İttifaq üzvü digər ölkələrin razılığını almaq və ölkələrimiz arasında razılaşma imzalamaq. Bundan sonra Qırğızıstan Gömrük İttifaqının tam üzvü olacaq".

Qeyd edək ki, Qırğızıstan prezidenti Almazbek Atambayev daha əvvəl Qırğızıstanın Avrasiya Gömrük Birliyinə 1 Yanvar 2015-ci il tarixində tam üzv olmasını istədiklərini bildirmişdi. Buna cavab olaraq Moskva rəhbərliyi də inteqrasiyanı təmin etmək məqsədilə Bişkekə 1,2 milyard dollar verəcəyini öhdələsinə götürmüşdü.

Bu arada Qırğızıstan Rusiyadan “Kambarata-1” və “Verxnenarınsk” hidroelektrik stansiyaları kimi infrastruktura istiqamətli tikinti layihələrinin tezləşdirilməsini istəyir.

Xatırladaq ki, Avrasiya Gömrük İttifaqı Rusiya, Belarus və Qazaxıstan tərəfindən qurulub. Rusiya Dövlət Başçısı Vladimir Putinin müəllifi olduğu irəli sürülən ittifaqda AB və ABŞ-ın iqtisadi gücünü tarazlamaq hədəfləninin güdüldüyü vurğulanır.

Köhnə Sovetlər İttifaqı ölkələri arasında ticarəti asanlaşdırmaq və güzəştli hala gətirmək məqsədiylə qurulan Avrasiya İttifaqına Qırğızıstandan sonra Ermənistanın da üzv olacağı bildirilir.

Avrasiya Gömrük İttifaqı ilə 2025-ə qədər neft və neft məhsulları istehsalında qanunvericilik məhdudiyyətləri olmadan ortaq bazara girilməsi planlaşdırılır. Elektrikdə ortaq bazara keçirilməsi və üzv ölkələrin milli elektrik bazarlarının inteqrasiyası mövzusunda isə 2019-da hərəkətə keçilməsi gözlənilir.


Müəllif: