29 Aprel 2019 20:33
1 398
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla ABŞ-ın dövlət başçısı Donald Tramp arasında telefon söhbəti olub.

Teleqraf.com xəbər verir ki, R.T.Ərdoğan söhbət zamanı Rusiya istehsalı olan “S-400” raket sisteminin idxalı üçün işçi qrupu yaratmaq təklifini irəli sürüb.

İkitərəfli və regional məsələlər barədə fikir mübadiləsi aparan tərəflər qarşılıqlı ticarət dövriyyəsini 75 milyard dollara çatdırmağı hədəflədiklərini bir daha ifadə ediblər.

Həmçinin Suriyadakı vəziyyət, terrorla mübarizədə bundan sonra da birgə əməkdaşlıq məsələləri müzakirə predmeti olub.

Türkiyə Prezidenti Kaliforniyanın San-Dieqo şəhərində törədilən terror hadisəsini pisləyərək ABŞ xalqına başsağlığı verib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər