1 May 2019 10:54
3 772
12 Punto 14 Punto 16 Punto 18 Punto

Keçmiş baş nazir Əhməd Davudoğlu qurmaq istədiyi partiyasına hakim Ədalət və İnkişaf Partiyası (AKP) sədrinin köməkçisi və baş nazirin müavini Numan Kurtulmuşu cəlb etmək istəyir.

Teleqraf.com xəbər verir ki, bunu türk politoloq Serkut Bozkurt deyib.

Ekspert Davudoğlunun quracağı komandanın üzvlərini müəyyən etdiyini bildirib:

“Keçmiş baş nazirin əsas hədəfi AKP sədrinin köməkçisi Numan Kurtulmuşdur. Bundan başqa Bəşir Atalay, Hüseyn Çelik Şamil Tayyar, Ahmet Başçı, Səlcuq Özdağ da hədəfdədir. Habelə keçmiş dini işlər naziri Mehmet Görmez...

Keçmiş xarici işlər naziri Ali Babacan, keçmiş maliyyə naziri Mehmet Şimşek isə artıq Əhməd Davudoğlu ilə yollarını ayırıb. Davudoğlunun tələsdiyini düşünən Babacan və Şimşek bundan sonra yeni partiya qursalar, təəccüblü olmayacaq”.

Serkut Bozkurt keçmiş prezident Abdullah Gül məsələsinə diqqət çəkib: “Abdullah Gülün adı isə yeni partiya ilə birgə hallanmır. Lakin hər iki partiyanın hədəfi eynidir və birləşsə, sürpriz olmayacaq.

Bu birləşmə prosesinin başında Abdullah Gül dayansa, buna da təəccüblənməyin. Gülün bu durumda liderlik etməsi şərt deyil”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər