Qırmızı dənizdə üzən İran neft gəmisi Səudiyyə Ərəbistanının Ciddə limanına aparılıb.
Teleqraf.com xbər verir ki, İran Milli Gəmi Şirkətinə məxsus neft tanker Süveyş kanalı istiqamətində üzərkən motor hissəsini su basıb.
Vəziyyətin kritik olduğunu görən İran rəsmləri Səudiyyə rəsmiləri ilə təmas yaradıb. Bundan sonra batmaq təhlükəsi ilə üz-üzə qalan gəminin Ciddə limanına daxil olmasına şərait yaranıb.