Gürcüstanın baş naziri Mamuka Baxtadze bəyan edib ki, Gürcüstan ərazisində ABŞ hərbi bazalarının yerləşdirilməsi barədə qərar milli maraqlar nəzərə alınaraq qəbul olunacaq.
Teleqraf.com xəbər verir ki, "İmedi" televiziyasında çıxışı zamanı Baxtadze bildirib:
"Mən tam məsuliyyətimlə bəyan edirəm ki, bizim NATO, Avropa İttifaqı, strateji müttəfiqimiz ABŞ-la münasibətlərimiz heç vaxt indiki qədər yüksək səviyyədə olmayıb. Bu, böyük uğurdur və biz bu münasibətləri daha da inkişaf etdirmək istəyirik. Bundan çıxış edərək, biz Gürcüstanın maraqlarına cavab verən qərarlar qəbul edirik".