8 May 2019 00:44
522
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tuluz yaxınlığındakı Blanyakda bar-tütün satış məntəqəsində götürülən girovlar azad edilib.

Teleqraf.com xəbər verir ki, girovlar satış məntəqəsinin müdiri, onun qızı və işçiləri olub.

Girov götürən 17 yaşlı gəncin heç bir tələbi yoxdur. O, silahlı olduğundan hələ də satış məntəqəsində qalmaqdadır. Yannis adlanan bu gənc özünü “sarı jiletlər”in döyüşçüsü kimi təqdim edir. O, əvvəllər zorakılığa, oğurluğa görə polis tərəfindən saxlanılıb.

23:35

Fransanın Tuluza şəhərinin şimal-qərbində yerləşən Blanyak kommunasında tütün satış məntəqəsində girov götürülən 6 nəfərdən 2-si azad edilib.

Girov götürən şəxs Blanyakın 17 yaşlı sakinidir. Hazırda 4 girov qadının azad edilməsi üçün əməliyyat aparılır.

21:29

Fransanın Tuluz şəhəri yaxınlığında, Blanyak kommunasında tütün satışı məntəqəsində 5 nəfər girov götürülüb.

Hadisə yerinə xüsusi təyinatlı polis dəstələri yeridilib.

Silahlı şəxs polisin geri çəkilməyəcəyi təqdirdə girovları öldürəcəyini bildirib.

Olayla bağlı geniş məlumat verilmir.


Müəllif: Mənbə/Axar.az

Oxşar xəbərlər