Sentyabrın 4-də Böyük Britaniyada NATO zirvəsi çərçivəsində dövlət və hökümət başçılarının şərəfinə ziyafət verilib.
Teleqraf.com xəbər verir ki, Tarixi Kardif qalasında baş tutan ziyafət mətbuata qapalı keçirilib. Dövlət başçılarını ziyafətdə İngiltərə Baş Naziri David Kameron qarşılayıb. Ziyafətin təşkil olunduğu qala və onun ətrafında güclü təhlükəsizlik tədbirləri görülüb. Qalanın yerləşdiyi bölgədə nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulub. Ziyafətdən sonra dövlət başçıları birgə şəkil çəkdiriblər.
Ziyafət zamanı dövlət başçılarının masa ətrafında əyləşmə sırası isə ekspertlər tərəfindən xüsusi bir mesaj kimi şərh edilib. Türkiyə dövlət başçısı Rəcəb Tayib Ərdoğanın Obamanın yanında oturması isə diqqətdən yayınmayıb.
Qeyd edək ki, son zamanlar Türkiyənin və ABŞ-ın İŞİD-lə bağlı mövqeyinin üst-üstə düşməsinin də bu "yer" siyasətində özünü bariz şəkildə göstərdiyi bildirilir.
Dəniz Əliyeva