11 May 2019 14:28
1 287
12 Punto 14 Punto 16 Punto 18 Punto

Katolik dünyasının ruhani lideri və Vatikan dövlətinin başçısı Papa Fransiskin yeni əmrinə əsasən kilsələrdə rahib və rahibələr hər hansı cinsi istismardan şübhələndikləri təqdirdə onu bildirməyə məcbur olacaqlar.

Teleqraf.com xəbər verir ki, yeni şərtə əsasən 1 milyondan çox rahib və rahibə cinsi istismar və zorakılıqla bağlı şübhələrini kilsəyə bildirmək məsuliyyəti daşıyacaq.

Amma onlar bu barədə polisə məlumat vermək məcburiyyətində də olmayacaqlar.

Qeyd edək ki, buna qədər belə hadisələr və şübhəli davranışları açıqlamaq rahib və rahibələr üçün vicdani məsələ hesab olunurdu.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər