Rus separatçıları atəşkəs razılaşmasına əməl etmirlər.
Teleqraf.com-un Ukrayna mətbuatına istinadən verdiyi xəbərə görə, bu barədə İnformasiya təhlükəsizliyi təşkilatının sədri Dmitri Timçuk məlumat yayıb. O bildirib ki, rus separatçıları Donestk şəhərindəki hava limanına bir neçə dəfə hücum etməyə cəhd göstəriblər.
Timçukun sözlərinə görə, buna baxmayaraq, ukrayna qoşunları atəşkəs şərtlərinə tam riayət edir və hücum zamanı yalnız cavab atəşi açır.
Samir