İsveç prokurluğu cinsi zəmində cinayət törətməkdə təqsirləndirilən “WikiLeaks” saytının qurucusu Culian Assancla bağlı istintaqı bərpa edib.
Teleqraf.com xəbər verir ki, dairə prokurorluğunun baş prokurorunun müavini Eva-Mariya Persson deyib:
“Assancı günahlandırmaq üçün ciddi əsaslar mövcuddur. İstintaqın dayandırılması Assancın məhkəmədə iştirakının qeyri-mümükünlüyü səbəbindən baş vermişdi. İşə xitam verilməmişdi”.
Onun sözlərinə görə, İsveç “WikiLeaks” qurucusunun ekstradisiyası üçün müraciət edəcək.
Assanc 2010-cu ildən seksual qısnamada və təcavüzdə ittiham olunur. O, İsveçə ekstradisiya olunmaqdan qorxaraq, 2012-ci ildən etibarən Ekvadorun Böyük Britaniyadakı səfirliyində gizlənib. Bu ilin aprelində Assanc 2012-ci ildən məhkəməyə gəlməməsi səbəbindən verilən order əsasında həbs olunub.
İsveçdə aparılan təhqiqat 2017-ci ildə dayandırılmışdı, ancaq Assancın həbsindən sonra qısnamada təqsirləndirilən qadınlardan birinin vəkili cinayət işinin bərpasını tələb edib. Eksepertlərin fikrincə, İsveçə ekstradisiya edildiyi təqdirdə Assanc iki ilədək azadlıqdan məhrumetmə ilə üzləşə bilər.