14 May 2019 09:26
2 301
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyədə kürdyönümlü Xalqların Demokratik Partiyası (HDP) 23 iyun İstanbul seçkiləri ilə bağlı qərarını açıqlayıb.

Teleqraf.com xəbər verir ki, qərar HDP Məclisinin fövqəladə toplantısında qəbul olunub.

Partiya CHP-nin namizədi Əkrəm İmamoğlunu dəstəkləyəcək.

HDP eyni zamanda İstanbul Böyükşəhər Bələdiyyəsinin rəhbəri Əkrəm İmamoğlunun mandatının ləğvini də pisləyib, bunu Diyarbəkir bələdiyyə başqanı Gültən Kışanakın mandatının ləğvi ilə eyniləşdirib.

Xatırladaq ki, Gültən Kışanak 2014-cü ildə PKK-ya üzv olmaqda günahlandırılıb, mandatı əlindən alındıqdan sonra həbs edilib.


Müəllif: Mahir

Oxşar xəbərlər