Ukrayna parlamenti ölkənin seçilmiş prezidenti Vladimir Zelenskinin inauqurasiyasını mayın 20-nə təyin edib.
Teleqraf.com xəbər verir ki, qərar Ali Radanın bu gün keçirilən iclasında verilib.
Qərarın lehinə 315 parlamentari səs verib. Qərarın qəbul olunması üçün minimum 226 deputatın səsinə ehtiyac var idi.