16 May 2019 21:44
514
12 Punto 14 Punto 16 Punto 18 Punto

Husi döyüşçüləri Yəmənin Hudeyda liman şəhərini tərk edəndən bir gün sonra Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiya qüvvələri paytaxt Sənaya havadan hücumlar edib.

Teleqraf.com xəbər verir ki, sakinlərin dediyinə görə, paytaxt Sənaya edilən hava hücumları zamanı biri uşaq olmaqla, azı üç nəfərin öldüyünü bildirib.

Koalisiya qüvvələri havadan hücumları husilərin Səudiyyə Ərəbistanındakı neft qurğularına dron hücumlarının məsuliyyətini öz üzərlərinə götürməsindən sonra edib.

Bu son zarakılıq BMT-nin Yəmən üzrə xüsusi elçisi Martin Qriffitsin Təhlükəsizlik Şurasında Husi üsyançılarının çərşənbə günü dislokasiya edildiyini təsdiq etməsindən sonra baş verib.

Husi döyüşçülərinin yerlərinin dəyişdirilməsi Yəmən hökuməti ilə İranın dəstəklədiyi Husi üsyançıları arasında keçən ilin dekabr ayında İsveçrədə əldə edilən razılığa əsasən həyata keçirilməyə başlayıb.

Qriffits Təhlükəsizlik Şurasında üsyançıların yerlərinin dəyişdirilməsi yolunda ilk addımın atılmasının əhəmiyyətli olduğunu vurğulayıb.


Müəllif: Teleqraf.com