17 May 2019 22:13
661
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gürcüstanda mayın 17-də qeyd olunan Ailə Müqəddəsliyi Günü ilə əlaqədar paytaxt Tbilisi şəhərində ümumxalq yürüşü keçirilib.

Gürcüstan Patriarxlığının təşəbbüsü ilə keçirilən yürüş Birinci Respublika Meydanından başlayıb.

Minlərlə insanın qatıldığı dinc aksiyanın keçirilməsində məqsəd cəmiyyətin ənənəvi dəyərlərə dəstəyini nümayiş etdirmək olub.

Yürüş Müqəddəs Üçlük kilsəsinə qədər davam edib. Kilsədə Gürcüstan patriarxı II İlya dini ibadət həyata keçirərək xalq və dövlətə xeyir-dua verib.

Bu gün həm də Beynəlxalq Homofobiya və Transfobiya ilə Mübarizə Günü qeyd olunduğundan cinsi azlıq nümayəndələrinin də nümayiş keçirəcəyi gözlənilirdi. Lakin LGBT cəmiyyəti nümayəndələri aksiya keçirməkdən imtina ediblər.

Qeyd edək ki, 2013-cü ilin mayın 17-də Tbilisinin mərkəzində aksiya zamanı keşişlər və cinsi azlıq nümayəndələri arasında ciddi qarşıdurma baş verəndən sonra Gürcüstan Patriarxlığı 2014-cü ildə həmin günü Ailə müqəddəsliyi günü kimi təsis edib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər