19 May 2019 09:15
1 263
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukraynanın yeni seçilmiş prezidenti Vladimir Zelenskinin andiçmə mərasimində təxminən 60 ölkənin prezidenti, hökumət başçıları və nazirləri iştirak edəcək.

Teleqraf.com xəbər verir ki, bu barədə Ukrayna Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Yekaterina Zelenko məlumat verib.

Onun sözlərinə görə, andiçmə mərasimində Latviya, Litva, Estoniya, Gürcüstan və Macarıstanın prezidentləri, Türkiyənin vitse-prezidenti, Moldovanın baş naziri, Belarus, Rumıniya, Slovakiya, Bolqarıstanın baş nazirlərinin müavinləri, ABŞ-ın enerji, Kanadanın müdafiə, Fransanın Avropa məsələləri üzrə nazirləri, Polşanın xarici işlər naziri iştirak edəcək.

Bundan başqa 40 ölkənin yüksək hökumət nümayəndələrinin iştirakı təsdiqlənib.

Qeyd edək ki, Zelenskinin andiçmə mərasimi mayın 20-də səhər saat 10:00-da Ukrayna Ali Radasında başlayacaq.


Müəllif: Teleqraf.com