Hondurasın Roatan adası sahillərində təyyarə qəzaya uğrayıb.
Teleqraf.com "Röyters"ə istinadla xəbər verir ki, təyyarə hava qalxdıqdan bir qədər sonra dənizə düşüb.
Qəza nəticəsində pilot da daxil olmaqla, 6 nəfər həlak olub. Onlardan 5-i turistdir.
Ölkənin silahlı qüvvələrinin nümayəndəsi bildirib ki, qəzada ölənlərin 4-ü ABŞ vətəndaşıdır. Bəzi mənbələrsə qəza nəticəsində 4 Kanada vətəndaşının öldüyünü bildirir.
Qəzada həlak olan 5-ci turistin vətəndaşlığı barədə məlumat yoxdur.