Tacikistanın qərbində Vəhdət şəhər həbsxanasında baş verən üsyan zamanı 30 məhkum ölüb.
Teleqraf.com xəbər verir ki, yerli media əllərində bıçaq olan 30-dan çox İŞİD-çinin 3 həbsxana məmurunu girov alaraq öldürdüyünü yazıb.
Həbsxana təhlükəsizlik xidmətinin müdaxiləsindən sonra üsyan yatırılıb, 30-dan çox məhkum isə ölüb.
Hazırda hadisə ilə bağlı araşdırma aparılır.
Qeyd edək ki, 2018-ci ildə Khujand şəhərindəki həbsxanada baş verən üsyanın yatırılması zamanı da 27 nəfər ölmüşdü.